Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) mühasibat uçotu ilə bağlı qabaqcıl forma və metodlarının tətbiq edilməsinə dair təkliflər irəli sürür və Baş idarə, qeydiyyat şöbələri, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Dövlət notariat arxivi və dövlət notariat ofislərinin istifadəsində olan inzibati bina, əmlak və onların istismarı ilə bağlı uçotu aparır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) həmçinin Baş idarənin və müvafiq yerli qurumların işçilərinin məcburi dövlət sosial sığortasını, digər sosial ödənişlərini həyata keçirir və maddi və maliyyə vəsaitlərinin uçotunu aparır.