Yerli təmizləyici qurğuların avadanlıqları və sxemi tullantı sularında olan çirkləndiricilərin qatılığından və dövri su təchizatı sistemində işlədilən suyun keyfiyyətinə irəli sürülən tələblərdən asılı olaraq layihələndirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Tərkibində şəbəkənin və təmizləyici qurğuların normal işini pozan və ya onları dağıdan yanan mayelər, asılı maddələr, piylər, yağlar, turşular və digər maddələr, həmçinin tərkibində qiymətli istehsalat tullantıları olan istehsalat tullantı suları xarici kanalizasiya şəbəkəsinə axıdılmazdan əvvəl təmizlənməlidir. Bunun üçün binada və ya onun yanında yerli təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmalıdır.