Binanın müstəvi damında və damın iki meyilli hissəsinin birləşdiyi yerdə (endovada) ən azı iki suaxıdıcı qıf qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Suaxıdıcı qıflar damın relyefi, bir qıfa suyun yol verilən qəbuledilmə sahəsi və binanın konstruksiyası nəzərə alınmaqla, yağış sularının toplanması hesabatına əsasən yerləşdirilməlidirlər.
Suaxıdıcı qıflar arasındakı maksimal məsafə istənilən növ damlarda 48 m-dən artıq olmamalıdır. Yaşayış və ictimai binaların müstəvi damlarında hesablama yağış sularının kənarlaşdırılmasının təmin olunduğu şərtlə hər bir seksiyaya bir suaxıdıcı qıfın qoyulmasına yol verilir.