İyi olmayan və zərərli qazlar və buxar ayrılmayan tullantı sularını kənarlaşdıran istehsalat kanalizasiya şəbəkələrində baxış quyularının istehsalat binaları daxilində yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Diametri 100 mm və daha çox olan daxili istehsalat kanalizasiya şəbəkələrində baxış quyuları boru kəmərlərinin döngələrində, qolların birləşdiyi yerlərdə, həmçinin boru kəmərlərinin uzun düzxətli sahələrində aralarındakı məsafə AzDTN 2.11-2-nin tələblərinə uyğun olmaqla nəzərdə tutulmalıdır.