“Dövlət satınalmaları haqqında” qanuna və ya Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və ya mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclər istisna olmaqla, digər xərclər üzrə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə əməliyyatlarının aparılması iki mərhələdən ibarət olmaqla təşkil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Həmin mərhələlər aşağıdakılardır:
– təşkilat tərəfindən bu xərclərin yaranmasını təsdiq edən sənədlərin və ya bu sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişin həyata keçirilməsi üçün qabaqcadan ödəniş üzrə sifariş sənədinin qəbul edilməsi;
– kassa məxaric əməliyyatlarının həyata keçirilməsi.
Yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər üzrə maliyyə əməliyyatlarının aparılması qeyd olunan tələblərə uyğun olaraq tənzimlənir.