Evin xarici divar konstruksiyalarına dair tələblər müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evin xarici divar konstruksiyaları aşağıdakıların təmin edilməsi üçün, xaricdən soyuq havanın daxil olmasının qarşısını alan istilik izolyasiyasına və daxili sahələrdən isə su buxarının diffuziyasına qarşı buxar izolyasiyasına malik olmalıdır:
– konstruksiyaların daxili səthlərində lazım olan temperaturu və yerləşgələrin daxilində rütubətin kondensasiyasının olmamasını;
– konstruksiyalarda rütubətin toplanmasının qarşısının alınmasını.