Fotovoltaik modulların hər hansı aşağı keyfiyyətli konstruksiyalarla təchiz olunmuş damlarda quraşdırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Çalışmaq lazımdır ki bu cür konstruksiyalar bina ilə konstruktiv tamamlanmış olsun, yəni sonradan əlavə olunmuş olmasın. Fotovoltaik panellərdən birinin çəkisi orta hesabla 16 kq-dır. Bir kvadrat metrə təxminən 10 kq yük düşür.