Gəlir normativləri dövlət büdcəsində mərkəzləşdirilmiş və yerli gəlirlərin formalaşdırılması məqsədilə hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında Qanunla müəyyən edilmiş əmsallardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Ödəyici ölkə ərazisində fiskal sahəni tənzimləyən qanunvericiliyə, habelə beynəlxalq müqavilələrə əsasən vergi, dövlət rüsumu, məcburi dövlət sosial sığorta haqları, icbari tibbi sığorta haqları, işsizlikdən sığorta haqları və sair ödənişləri həyata keçirmək öhdəliyi olan fiziki və ya hüquqi şəxslərdir.