İçməli su təchizatı sistemlərində istifadə edilən bütün materiallar, reagentlər, avadanlıqlar texniki tənzimləmə və əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tələblərə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İçməli su təchizatı sistemlərində avtonom və ya texnoloji komplekslər və sistemlərin tərkibində istifadə edilən texnoloji avadanlıqlar partlayış, yanğın və ekoloji təhlükəsizlik tələblərinə cavab verməlidir.