Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində böyük mütəxəssis (təsərrüfat müdiri) və böyük mütəxəssis (komendant) Baş idarəni, qeydiyyat şöbələrini, dövlət notariat ofislərini, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Dövlət notariat arxivini blanklar, dəftərxana və zəruri texniki ləvazimatlar, mebel, digər avadanlıq və sair lazımi vasitələrlə təmin edir, onların uçotunu aparır, müəyyən hesabatlar tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Onlar həmçinin baş idarənin yerləşdiyi inzibati binada yanğın təhlükəsizliyini təmin edir, həmçinin Dövlət notariat arxivi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, qeydiyyat şöbələri və notariat ofislərində yanğın təhlükəsizliyinin təminatı məsələləri mütəmadi öyrənməklə mövcud vəziyyət haqqında Baş idarə rəisini məlumatlandırır, aşkar edilmiş çatışmazlıqların aradan qaladırılmasına dair təkliflər verir.