İsrailli futbolçu Sagiv Jehezkelin hərəkəti Türkiyədə qalmaqala yol açıb.

Heçtelik.az-ın məlumatına görə, Trendyol Süper Liqasında “Trabzonspor” ilə 1-1 bərabərə qalan “Antalyaspor”-da berabərlik qolunu atan Sagiv Jehezkelin qol sevinci təpki çəkib.

Etirazlardan sonra  Akdeniz komandası Sagiv Jehezkelin heyətdən çıxarıldığı açıqlanıb. “Antalyaspor” klubunun prezidenti Sinan Boztepe bildirib ki, milli dəyərlərdən hər şeydən üstündür, müqaviləsi ləğv olunacaq.

Türkiyə ədliyyə naziri Yılmaz Tunç qoldan sonra İsrailin Qəzzada həyata keçirdiyi qətliamı dəstəkləyən çirkin hərəkəti səbəbindən israilli futbolçu  Sagiv Jehezkel haqqında Antalya Prokurorluğunda xalqı kin və nifrətə təhrik etmək ittihamı ilə araşdırma başlandığını açıqlayıb.

Futbolçu saxlanılıb.

Qeyd edək ki, qoldan sonra futbolçu biləyinə yazılan simvollar nümayiş etdirib. Bi simvollar Qəzzada savaşın başladığı 7 oktyabr tarixini, həmin tarixdən keçən 100 günü və İsrail bayrağını ifadə edir.