Panellər cənuba, cənub-qərbə və ya cənub-şərqə cəhətlənməklə quraşdırıldıqda maksimum səmərə əldə edilir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Panellərin şərqə və ya qərbə yönəldilməsi elektrik enerjisinin istehsalını azaldır. Orta sıralarda, sabit maillik bucağında yerləşdirilmədə, əksər hallarda, məsafə d = 3h ifadəsi ilə təyin olunmalıdır. Burada, d- sıralar arasında məsafə, h – günəş panelinin optimal maillik bucağı altında hündürlüyüdür.