I, II və III odadavamlılıq dərəcəsi olan fərdi yaşayış evləri üçün mərtəbələrin sayı normallaşdırılmır, IV və V odadavamlılıq dərəcəsi olan fərdi yaşayış evləri üçün mərtəbələrin sayı 2-dən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
İki və üç mərtəbəli fərdi evlərdə sakinlərin təxliyəsi hər mərtəbədən pilləkən qəfəsələri vasitəsilə nəzərdə tutulmalıdır. Yaşayış otaqlarından çıxışın bilavasitə pilləkən qəfəsəsinə nəzərdə tutulmasına yol verilir. Pilləkən elementlərinin yanğın təhlükəsi sinfi və odadavamlılıq həddi, həmçinin onun eni və mailliyi tənzimlənmir.