İsti su təchizatı sisteminin hidravlik xarakteristikalarını yaxşılaşdırmaq və yaşayış binalarının istismar dövründə dəsmal quruducularının dəyişdirilməsini təmin etmək üçün (isti su dik borularını işdən ayırmamaq şərtilə) onları birləşmə yerlərində bağlayıcı armatur qoymaqla şaquli istiqamətdə bütöv suayırıcı dik boruya birləşdirmək lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Dəsmal quruduculara isti suyun axması üçün onların birləşmələri arasında dik borunun (qol borunun) diametrinin bir ölçü azaldılması və ya “sıxılmanın” nəzərdə tutulması məqsədəuyğundur. Qəbul edilmiş konstruktiv həllər hidravlik hesablama ilə yoxlanılmalıdır.