Qida gigiyenası qida zəncirinin bütün mərhələlərində qida məhsulunun insan istehlakı üçün yararlılığını və təhlükəsizliyini təmin etmək üçün zəruri olan tələblərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.
Qida məhsullarının təhlükəsizliyi qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən, ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu, qida təhlükəsizliyi qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı (qəbulu) zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyətidir.