Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi Baş idarənin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir, Əhalinin Dövlət Reyestri Xidmətinin, habelə Nazirliyin iş planı layihəsinə dair təkliflər verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin Baş idarənin fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir, Baş idarənin fəaliyyəti ilə bağlı məsələlərin Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir.