Ödəyicilər tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi ödəniş sistemləri vasitəsilə xəzinə hesablarına və ya beynəlxalq ödəniş sistemləri vasitəsilə valyuta hesablarına köçürülən pul vəsaitləri “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda müəyyən edilmiş büdcə səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na uyğun olaraq xəzinə uçotuna qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi mədaxil olmuş pul vəsaitlərinə dair məlumatları həmin vəsaitlərin müvafiq qaydada ödənilməsinə nəzarət edən orqanlara və ya qurumlara razılaşma əsasında “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə təqdim edə bilər. Nəzərdə tutulan orqan və qurumlar ilə Operator arasında aylıq, rüblük və illik olmaqla üzləşmələr aparılır.