Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına qanunla nəzərdə tutulmuş qaydada qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliyinə yazılı xəbərdarlıq edilməsi, onlara pozuntuları aradan qaldırmaq haqqında göstəriş verilməsi barədə regional ədliyyə idarələrinin təkliflərinə dair rəy vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Qeydiyyat şöbələrində və notariat ofislərində statistik hesabatlılığın elektron qaydada aparılması işinin təşkili vəziyyətini yoxlamaq və notariat fəaliyyətinin yoxlanılmasına Azərbaycan Notariat Palatasının üzvünü cəlb etmək də bu hüquqlar sırasındadır.