Üçmərtəbəli evlərdə daxili açıq pilləkənlərlə xaricə çıxmaq üçün bir səviyyədən (mərtəbədən) çox olmayaraq qalxmaq və ya düşmək mümkündürsə, onlar təxliyə pilləkənləri kimi qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Üçmərtəbəli evin üst mərtəbəsindən xaricə çıxmaq üçün iki səviyyə (mərtəbə) aşağı düşmək lazım gələrsə, onda açıq daxili pilləkənlərin yalnız aşağıdakı şərtlərin eyni zamanda təmin olunduğu hallarda təxliyə pilləkəni kimi qəbul edilməsinə yol verilir:
- a) yataq otağının döşəmə səviyyəsindən 1,0 m-dən çox olmayan hündürlükdə yerləşən, ən azı bir pəncərəsi olmalıdır;
- b) yerləşgələrin balkona çıxışı olan dəhlizə və ya hola birbaşa çıxışı olmalıdır;
- c) qeyd olunan pəncərə və balkonların yer səviyyəsindən yerləşmə hündürlüyü 7 m-dən çox olmamalıdır.