Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisinin müavinləri vətəndaşları qəbul edir, Baş idarənin rəisi ilə razılaşdırmaqla baş idarənin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı ictimaiyyətin məlumatlandırılması üçün zəruri tədbirlər görür, Baş idarənin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə regional ədliyyə idarələrinə metodiki köməkliyin göstərilməsi üçün tədbirlər görürlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis müavinləri həmçinin Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini yerinə yetirir, ona tapşırılmış sahədə işin düzgün təşkil və icra olunmasını təmin edir, peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, xidməti fəaliyyətlə bağlı Nazirliyin rəhbərliyinin və Baş idarə rəisinin tapşırıqlarını yerinə yetirir.