İşğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, təbii resurslardan səmərəli və effektiv istifadə olunması, ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən geniş istifadənin nəzərdə tutulması, eləcə də bina və qurğularda enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmaqla yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Respublikanın digər əraziləri üzrə iqtisadi səmərəlilik, ekoloji təhlükəsizlik təmin olunmaqla elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə tətbiq olunur.