II tip qrunt şəraitində kanalizasiya boru kəmərlərinin bina və qurğuların qonşu seksiyalarındakı deformasiya tikişlərini kəsməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boru kəmərlərinin divar hörgüsündə və bünövrələdə sərt bağlanmasına yol verilmir. Boruların divar və bünövrələrdən keçən yerlərində boru ilə inşaat konstruksiyaları arasında 0,2 m-dən az olmayan boşluq saxlanılmalıdır. Boşluq yanmayan, qaz və su keçirməyən elastik materiallarla doldurulmalıdır.