Binanın istismarı zamanı fotovoltaik modulların yerinin dəyişdirilməsi zərurəti olmadıqda və onlara 6-12 ayda bir texniki baxışın yerinə yetirilməsi əlçatan olduqda xüsusi bərkitmə məmulatlarından istifadə etmək mütləqdir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Əks halda, standart bərkitmə tətbiq olunmalıdır. Böyük olmayan qurğular (qurğuda bir neçə fotovoltaik modul) üçün oğurlanma hallarının  qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.