Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi məsələlər haqqında” 2001-ci il 4 iyul tarixli 519 nömrəli və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli fərmanlarının icrası ilə əlaqədar qeydiyyat şöbələrinin fəaliyyət göstərmədiyi inzibati ərazilərdə Azərbaycan Respublikasının konsulluqları və yerli icra hakimiyyəti nümayəndəliklərinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq Nazirliyin müvafiq informasiya sistemləri vasitəsi ilə aparılması işini əlaqələndirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.