Fotovoltaik modul sıralarından birinin yuxarıda olması səbəbindən, aşağıdakı digər sıraların üzərinə kölgə saldığı halda, elektrik kabellərinin çəkilişi mümkün qədər elə aparılmalıdır ki, kölgədə olan modullar bir ayrıca zəncirvarı düzülüşə malik olsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Bu zaman aşağı sırada fotovoltaik modulların kölgədə olmasına baxmayaraq, yuxarı sırada yerləşən fotovoltaik modulların elektrik enerjisi istehsalını davam etdirməsinə imkan vermiş olacaq.