Elektrik qurğuları DTN 2.02-01-nin tələblərinə və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun olmalı və mühafizə açma qurğularla təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Fərdi yaşayış evində xəbərdaretmə şəbəkəsi qurulduqda “Elektrik qurğularının quraşdırılması Qaydası” rəhbər tutulmalıdır.
İnşaat konstruksiyalarının bilavasitə səthi ilə və ya onların daxilində gizli çəkilən elektrik xətləri yanmayan örtüklə izolyasiya olunmuş kabel və ya naqillərlə yerinə yetirilməlidir. Bu cür naqil və ya kabellərin evin bilavasitə konstruksiyasından (boru şlanqlardan istifadə edilmədən) çəkilməsinə yol verilir. Buxar saunalarda istifadə olunan elektrik sobalarının avtomatik qoruyucusu və 8 saat fasiləsiz işlədikdən sonra ayırıcı qurğusu olmalıdır.