Xəzinə hesablarına mədaxil olan pul vəsaitləri dövlət büdcəsinin gəlirlərinə aid olduqda, həmin vəsaitlər hər il üçün dövlət büdcəsi haqqında qanunla müəyyən edilən normativlər əsasında mərkəzləşdirilmiş və ya yerli gəlirlər şəklində xəzinə uçotuna qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Xəzinə hesablarına mədaxil olan pul vəsaitlərinin büdcə gəlirlərinin təsnifatına uyğunluğunu həmin vəsaitlərin müvafiq hesablara təmin edilməsini həyata keçirən orqanlar və qurumlar müəyyən edir.