AzDTN 2.12-2-yə müvafiq havalandırma sistemi yerləşgələrdə havanın təmizliyini (keyfiyyətini) və onun müntəzəm daxil olmasını və paylanmasını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Havalandırma aşağıdakı kimi həll edilə bilər:

– havalandırma kanalları ilə havanın təbii yolla xaric edilməsi;

– mexaniki yolla havanın daxil edilməsi və xaric edilməsi, o cümlədən hava ilə isitmə sistemi ilə birləşdirilmiş;

– təbii axınla havanın verilməsi və qismən mexaniki yolla havalandırma kanalları vasitəsilə xaric edilməsi üzrə kombinasiya edilmiş.