Daxili havanın hesablama temperaturunda daxili hava və xarici divarın konstruksiyasının daxili səthi arasında temperatur fərqi 4 °C-ni, birinci mərtəbənin döşəmə konstruksiyası üçün isə 2°C-ni aşmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Pəncərələrin konstruktiv elementlərinin daxili səthlərinin temperaturu xarici havanın hesabi temperaturunda 3 °C-dən aşağı olmamalıdır.
Evlərin yerləşgələri yağış, qar, qrunt sularının nüfuz etməsindən və məişət suyunun daxilə sızmalarından mühafizə olunmalıdır.