Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində böyük mütəxəssis (təsərrüfat müdiri) və böyük mütəxəssis (komendant) Baş idarənin inzibati binası və xidməti otaqlarının müəyyən edilmiş texniki-sanitar vəziyyətdə saxlanılmasını təşkil edir, pandemiya vaxtı sanitar-gigiyena tələblərinə uyğun bina və xidməti otaqların dezinfeksiya tədibirlərini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Onlar həmçinin isitmə, su təchizatı, kanalizasiya sistemlərinin vaxtında təmirini, inzibati binada olan əmlakın və avadanlığın mühafizəsini və işlək vəziyyətdə saxlanılmasını təmin edir, Baş idarənin abunəçi olduğu mətbu nəşrlərin vaxtında əldə edilməsi və aidiyyət üzrə çatdırılmasını təmin edir.