İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Ərbil şəhərində (İraqın şimalı) “anti-İran kəşfiyyat mərkəzləri”nə ballistik raket və pilotsuz aparatlarla zərbə endirib

Heftelik.az-ın xəbərinə görə, bu barədə İRNA SEPAH-a istinadən məlumat yayıb.

ABŞ-ın “ABC News” telekanalının yaydığı məlumatda isə bildirilib ki, Şimali İraq Kürdüstan Muxtar Vilayətinin Ərbil şəhərində ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirilib. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanı hücuma məruz qalıb.

Ərbil şəhərinə endirilən zərbələr nəticəsində azı 4 nəfər həlak olub. Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.