Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) ayrılmış büdcə vəsaitlərinin xərclənməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Vahid büdcə təsnifatı”na uyğun həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) həmçinin müvafiq mühasibat sənədləri əsasında xəzinədarlıq orqanları və bank vasitəsi ilə pul vəsaitlərinin köçürülməsini və digər əməliyyatların aparılmasını həyata keçirir, bank əməliyyatlarının sənədlərini hazırlayır və işçilərin ezamiyyə xərclərinin ödənilməsini həyata keçirir.