Məişət kanalizasiya şəbəkələrində bina daxilində baxış quyularının qoyulmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İy, zərərli qazlar və buxar ayrılan tullantı sularını kənarlaşdıran istehsalat kanalizasiya şəbəkələrində baxış quyularının qoyulması və onların konstruksiyası texnoloji normalara əsasən nəzərdə tutulmalıdır.
Yuxarı kənarları yaxınlıqdakı baxış quyusunun qapağı səviyyəsindən aşağıda yerləşən sanitar-texniki cihazlar quyu dolduqda tullantı suları ilə basılmadan müdafiə olunmalıdırlar. Belə hallarda müvafiq sanitar-texniki cihazlar müstəqil buraxıcı ilə başqa kanalizasiya sisteminə birləşdirilməli (yuxarıda yerləşmiş otaqların kanalizasiya sistemindən təcrid olunmalı), buraxıcı üzərində avtomatlaşdırılmış bağlayıcı qurğu (kanalizasiya rəzəsi və b.) və ya kanalizasiyalaşdırılan zirzəmidəki boru kəmərində quraşdırılmış, qəza siqnalını növbətçi otağa, yaxud dispetçer məntəqəsinə ötürən sensorun siqnalı ilə idarə olunan avtomatlaşdırılmış nasos qurğusu yerləşdirilməlidir.