Texnoloji məhlulların, həmçinin texnoloji rezervuarların təmizlənməsindən yaranan çöküntülərin kanalizasiyaya axıdılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Normal istismar zamanı və qəza hallarında zəhərli məhsulların və reagentlərin kanalizasiyaya axıdılmasına yol verilmir. Bu məhsullar təkrar istifadə edilmək üçün xüsusi texnoloji həcmlərdə toplanmalıdır. Bütün hallarda istehsalat tullantı sularının yaşayış məntəqələrinin kanalizasiya sisteminə qəbulu zamanı “Sudan istifadə Qaydaları”na əməl olunmalıdır.