Ödəniş tapşırığı kassa məxaric əməliyyatının aparılması, habelə xəzinə hesabının gəlirlərinin azaldılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş formada təşkilat tərəfindən elektron və ya kağız daşıyıcıda dövlət xəzinədarlığına verilən sərəncamdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Əməliyyat günü bu Qayda ilə müəyyən edilmiş formada maliyyə əməliyyatının həyata keçirildiyi gündür.
Müvəkkil bank isə Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən dövlət və ya kommersiya banklarıdır.