Rusiyada azərbaycanlı usta yanaraq ölüb Rusiyanın İnquşetiya regionunda Azərbaycandan olan rəngsaz faciəvi şəkildə ölüb.
Heftelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, regionun Ekajevo kəndində tikilməkdə olan evin 3-cü mərtəbəsində 36 yaşlı azərbaycanlı ustanın yanmış cəsədi tapılıb.
Məlum olub ki, azərbaycanlı həmin binada işləyib, o, isinmək üçün ocaq qalayıb və bu zaman qaz partlayışı olub. Azərbaycanlının meyiti ekspertizaya göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyənləşdirirlər.