Türkiyənin cənub-şərqində avtobusun maneəyə çırpılması nəticəsində 9 nəfər ölüb, daha 28 nəfər yaralanıb.
Heftelik.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Antalyadan Mersinə gedən sərnişin avtobusu Aydıncık rayonunda Sarıyer tunelinin çıxışında naməlum səbəbdən maneələrə çırpılıb və aşıb. İlkin məlumata görə, qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.