Xərclər üzrə maliyyə əməliyyatlarının aparılması şərtləri və icra mexanizmi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Satınalma müqaviləsi və ya mülki müqavilə üzrə öhdəliyin qəbul edilməsi üçün təşkilat həmin müqavilə hüquqi qüvvəyə mindikdən sonra 5 iş günü ərzində bu Qaydayla təsdiq edilmiş “Müqavilələr üzrə öhdəliklərin qəbulu sənədi”ni aşağıda göstərilən sənədlər əlavə edilməklə “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” vasitəsilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq AgentliyinƏ təqdim edir:
– satınalma müqaviləsi və ya mülki müqavilə, habelə həmin müqavilələrə əlavə edilmiş razılaşma protokolları;
– satınalmanın keçirilməsi ilə bağlı təsdiqedici sənədlər (satınalma sahəsində dövlət nəzarətini həyata keçirən orqanın məktubu və yekun protokol), habelə digər (icazələr, lisenziyalar və müqavilənin yerinə yetirilməsinin təminat sənədi) hüquqi sənədlər.