Xarici valyutada olan pul vəsaitlərinin daxil olmasının təmin edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankında valyuta hesabları açılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Maliyyə əməliyyatlarının və həmin əməliyyatların uçotunun həyata keçirilməsi Operatorun “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə təmin edilir.