Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Rəşad qızı evdə əri ilə mübahisə edib.

Mübahisə zamanı keçmiş əri ona odlu silahdan atəş açıb.

Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.