Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib.
Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.
Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.