Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda siyasi partiyaya yazılı xəbərdarlıq edir və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə yazılı xəbərdarlıq edir, onlara qanun və nizamnamə (əsasnamə) pozuntularını aradan qaldırmaq haqqında göstəriş verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin Baş idarənin, qeydiyyat şöbələrinin, notariat ofislərinin, Dövlət notariat arxivinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir.