Avtomatlaşdırılmış bağlayıcı armaturdan sonra tullantı suyunun axın istiqamətində aşağı hissədə yuxarı mərtəbələrin kanalizasiya boru kəmərinin birləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə halda zirzəmidə dik boruda təftişin qoyulmasına yol verilmir.
Avtomatlaşdırılmış bağlayıcı armaturdan sonra yerləşmiş bütün boru kəmərləri (təftişlər, təmizləyicilər), o cümlədən birinci mərtəbənin döşəməsindən aşağıda çəkilən, həmçinin yuxarıda yerləşmiş mərtəbələrin dik boruları sistemdə dolma və tutulma baş verdikdə yaxındakı baxış quyusunun qapağı səviyyəsində hidrostatik təzyiqə hesablanmalı və uzununa və eninə yerdəyişmələri neytrallaşdırmaq üçün möhkəm bərkidilməlidir.
Kanalizasiyalaşdırılan zirzəmi otaqları qida və ya qiymətli mallar saxlanılan anbar otaqlarından bütöv əsaslı divarlarla təcrid edilməlidir.