Durulducuların, həmçinin asan alovlanan və yanan maye tutucularının binaların daxilində yerləşdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Tullantı sularındakı yanan maye tutucularında sorucu ventilyasiya və suverici borularda hidravlik sifon nəzərdə tutulmalıdır. Benzin tutucularına daxil olan tullantı suları əvvəlcə durulducularda digər çirklərdən təmizlənməlidir. Durulducular şlamdan mexaniki üsulla təmizlənməlidir.