Boru kəmərlərinin binaların deformasiya tikişləri ilə kəsişməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Seysmikliyi 8-9 bal olan rayonlarda döşənən bilərzikli və muftalarla birləşdirilən boruların calaq birləşmələrinin mümkün çökmələrə qarşı kipliyi təmin edilməli və bunun üçün rezin kipləşdirici halqalardan istifadə edilməlidir.