Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) dövlət satınalmaları üzrə müsabiqələrin keçirilməsi ilə bağlı hazırlıq işlərini aparır və işçilərin, habelə onların ailə üzvlərinin sosial müdafiəsi üzrə keçirilən tədbirlərin maliyyə təminatını həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) ümumiləşdirmələr aparır, statistik, maliyyə və digər hesabatlar hazırlayır və Baş idarənin rəisinə təqdim edir, təhtəlhesab şəxslərlə hesablaşmalar aparır, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır, xidməti fəaliyyətlə bağlı Baş idarənin rəhbərliyinin tapşırıqlarını yerinə yetirir və Böyük məsləhətçi (mühasib) mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə Baş idarənin digər məsləhətçilərinə (mühasiblərinə) rəhbərlik edir.