“Anbar binaları. Layihələndirmə normaları”nın ələbləri maddələrin, materialların, məhsulların və xammalın saxlanılması üçün nəzərdə tutulmuş funksional yanğın təhlükəliyi sinfi F5.2 olan anbar binaları və yerləşgələrin inşası və istismarının bütün mərhələlərinə, o cümlədən daxili mühitin verilən parametrlərini saxlamaq üçün xüsusi tikinti tədbirləri tələb olunmayan digər funksional yanğın təhlükəli binalarda yerləşdirilmiş anbar yerləşgələrinə şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu normalar bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin, partlayıcı, radioaktiv və güclü təsir edən zəhərli maddələrin, yanar qazların, 70 kPa-dan (0,7 kqq/sm2) yuxarı təzyiq altında qablarda olan yanmayan qazların, neft və neft məhsullarının, kauçuk, sellüloid, yanan plastmas və kinoplyonkaların, sementin, pambığın, kombinəedilmiş yemlərin, xəzlik dərilərin, xəz və xəz məmulatlarının, kənd təsərrüfatı məhsullarının, o cümlədən unun, saxlanılması üçün anbar binaları və yerləşgələrinin layihələndirilməsinə, həmçinin soyuducu və taxıl anbarları üçün bina və yerləşgələrin layihələndirilməsinə şamil edilmir.