Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi Nazirliyin sistemində insan resurslarının idarə olunması sahəsində siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir və ədliyyə orqanlarına işə qəbul, işçilərin qulluq keçməsi və bundan irəli gələn digər işləri təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Eyni zamanda İnsan resursları baş idarəsi Nazirliyin sisteminə daxil olan qurumlarda insan resurslarının idarə edilməsi işinin təmininə nəzarəti həyata keçirir, ştatların hərəkətinə dair təkliflər verir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.