Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin strukturuna daxil olan qurumların rəisləri idarənin (şöbənin) işini təşkil edir və fəaliyyətinə rəhbərliyi həyata keçirir, idarənin (şöbənin) işçiləri arasında iş bölgüsü aparırlar və idarənin (şöbənin) işçilərinin fəaliyyətini istiqamətləndirir, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini, əmək və icra intizamını təmin edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Onlar həmçinin müvafiq sahədə işin təşkili, idarə edilməsi və inkişafının təmin olunmasına nəzarət edir və idarənin (şöbənin) fəaliyyətini baş idarənin digər idarələri və Nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir, onların fəaliyyətinə dair hesabatlarının vaxtında təqdim edilməsinə, habelə onların tamlığına və keyfiyyətinə nəzarət edirlər.