Cinayət prosesində nələrin sübut kimi qəbul olunduğu açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur:

– şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;

–  ekspertin rəyi;

– maddi sübutlar;

– istintaq və məhkəmə hərəkətlərinin protokolları;

– digər sənədlər.